“Qəbələ”nin baş məşqçisi seçim qarşısında qaldı – Bu iki legionerdən biri getməlidir

11 May 2023 19:00 Qəbələ 1 847
“Qəbələ”nin baş məşqçisi seçim qarşısında qaldı – Bu iki legionerdən biri getməlidir

“Qəbələ” rəhbərliyi baş məşqçi Elmar Baxşıyevi seçim qarşısında qoyub.

O, ya İsnik Alimi, ya da Ruan Renato üzərində dayanmalıdır.

Bu ikilidən biri mövsümün sonunda “qırmızı-qaralar”ın düşərgəsini birdəfəlik tərk edəcək.

Problem ondadır ki, adıçəkilən legionerlərin klubla müqaviləsi başa çatmaq üzrədir. Əyalət təmsilçisi onlara öz şərtlərini irəli sürüb.

Gəl ki, maliyyə mövzusunda tərəflərin mövqeyi üst-üstə düşmür. Istər Alimi, istərsə də Renato indi qazandığından xeyli artıq pul tələb eləyir.

Şimali makedoniyalı yarımmüdafiəçisi illik 120-130 min dollardan danışırsa, braziliyalı müdafiəçisi 150 min dollardan dəm vurur.

Təbii ki, “Qəbələ” başbilənləri bu qədər pulu ödəyə bilməz. Çünki belə olsa, digər əcnəbilər də “yuxarıdan biçəcək”.

Bu səbəbdən, Baxşıyevə bildirilib ki, ikili arasında seçim etsin, hansı ona lazımdırsa, qərarını versin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı