Elmar Baxşıyevin "Qəbələ"dən "Neftçi"yə aparacağı 2-3 nəfər

11 May 2023 11:20 Qəbələ 6 797
Elmar Baxşıyevin "Qəbələ"dən "Neftçi"yə aparacağı 2-3 nəfər

Bu il ölkəmizi avrokubokolarda təmsil edəcək dörd klubdan üçünün adı artıq rəsmən məlumdur.

«Qarabağ», «Sabah» və «Neftçi» vəsiqə baxımından minimum vəzifənin öhdəsindən gəlib.

Qalıb sonuncu xoşbəxtin kimliyinin müəyyənləşməsi. «Zirə» və «Qəbələ» mövsümün dördüncü xoşbəxti olmaq üçün mübarizədədir.

Böyük ehtimalla, məhz ikincilər həmin «qatar»ın son vaqonuna minəcək. Həm ölkə kubokunda finaldadırlar, həm də Premyer Liqada dördüncü sırada qərarlaşıblar və «Zirə»ni 3 xal qabaqlayırlar.

«Qarabağ»la qarşılaşmada minimum 1 xal əldə etmək üçün az səy göstərmədilər. Müdafiəyə qapanıb, sürətli əks-hücumlarla ev sahiblərinin əhvalını korlamaq istədilər.

Plan baş tutmadı. «Qarabağ» Leandro Andradenin orta sahədə ağalıq etməyi sayəsində, «Qəbələ»yə çıxış imkanı vermədi.

Məncə, Elmar Baxşıyevin komandasında yenə heç bir həyacan yoxdur. Baş məşqçi tam rahatdırsa, futbolçuları niyə təzyiq altında olsun ki?

Baxşıyev bilir ki, real müştərisi qapıdadır. Onu çox böyük səbirsizliklə «Neftçi»də gözləyirlər. Lorentsiu Regekampfı əvəzləməyə bir nömrəli namizəddir.

«Neftçi» daha böyük iddia, daha böyük büdcə, daha böyük heyət deməkdir.

Başda idman direktoru Zaur Əzizov olmaqla, rəhbərlikdə yer alanların əksəriyyəti istəyir ki, o, elə bu gün «Qəbələ»ni «Neftçi»yə dəyişsin.

Baxşıyev buradan «Neftçi»yə aparacağı futbolçuları seçməkdədir. Əlbəttə, əsas heyətin yarısını ora aparmayacaq, apara da bilməz.

«Qəbələ» başbilənləri ondan inciyəcək. Amma heç olmasa, 2-3 nəfəri özünə yol yoldaşı edə bilər, onda ona nəsə deməzlər.

Həmin iki-üç nəfərdən biri olmağı isə «Qəbələ»nin demək olar bütün futbolçuları istəyir. Sezonun dördüncü pərdəsini əla keçirmələri bundan irəli gəlir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti