"Qəbələ"dən bunu dedilər: "Narahat deyilik, amma..."

12 May 2023 20:40 Qəbələ 507
"Qəbələ"dən bunu dedilər: "Narahat deyilik, amma..."

"Qəbələ"nin müdafiəçisi İlkin Qırtımov Sportinfo.az-a açıqlama verib.

O, öncə Premyer Liqanın 33-cü turunda "Qarabağ"a məğlub olduqları (0:3) oyun barədə danışıb:

"Qarabağ"la oyun barədə danışılacaq çox şey yoxdur. Topa sahib olmaqda çətinliklər yaşadıq. "Qarabağ"ın oyunçuları isə top itkilərimizi yaxşı dəyərləndirməyi bacardı".

Təcrübəli futbolçu buraxılan ikinci qolun oyunun qırılma nöqtəsi olduğunu sözlərinə əlavə edib:

"İkinci qolu bir az şanssız şəkildə buraxdıq. Mənə dəyən top qapıçını çaşdırdı. Futbolda belə şanssız anlar olur. Bəlkə də həmin qol olmasaydı bərabərlik qolunu vura bilərdik".

Hazırda 4-cü pillədə olan Qəbələ"nin məğlubiyyəti fonunda "Zirə" turu "Şamaxı" üzərində qələbə ilə (3:0) başa vurdu. Belədə aradakı xal fərqi 3-ə enmiş oldu.

Görəsən, bu, bölgə klubunda 4-cü pilləni itirmək qorxusu yaradırmı?

Qırtımovu dinləyək: "Biz öz oyunumuza baxmalıyıq. Narahat deyilik, amma daha məsuliyyətli olmalıyıq. Hər oyuna son oyunumuz kimi çıxmalıyıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti