Azərbaycan klubu baş məşqçi ilə müqaviləni niyə uzatmır? - Səbəbkar deyir ki…

10 May 2023 16:00 Qəbələ 1 774
Azərbaycan klubu baş məşqçi ilə müqaviləni niyə uzatmır? - Səbəbkar deyir ki…

«Əsas futbolçularla dil tapmaqdır, biz sonra da müqavilə bağlaya bilərik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Beş ilə yaxındır «qırmızı-qaralar»ın sükanı arxasında dayanmış gənc çalışdırıcı hələ yeni kontrakta imza atmayıb.

Daha doğrusu, növbəti mövsümün planlarını quran əyalət təmsilçisi futbolçularla danışıqlara başlasa da, Baxşıyev və köməkçilərinə belə bir təklif irəli sürməyib.

Adı «Neftçi» ilə yanaşı hallanan mütəxəssis yaranmış vəziyyətdən narahat olmadığını bildirib:

«Mənim bütün fikrim qarşıdakı oyunlardadır. Arzum budur ki, qarşımıza qoyduğumuz məqsədə yetişək, avrokuboklara gedək.

Bir nömrəli məsələ budur. Klub rəhbərliyi ilə münasibətlərim yaxşıdır. Onlarla mənim aramda müqavilə və pulla bağlı heç bir başqa söhbət ola bilməz.

Necə deyəcəklər, elə də edəcəyik. Təki bütün futbolçuları komandada saxlayak, bizimlə müqavilə şərtlərində ortaq məxrəcə gəlmək çətin olmayacaq.

Mən buna çox soyuqqanlı yanaşıram. «Qəbələ»ninü umumi maraqları daha vacibdir».

Digər Xəbərlər
Xəbər Lenti