"Mən heç bir futbolçunun yayda komandadan ayrılmasını istəmirəm"

9 May 2023 15:00 Qəbələ 635
"Mən heç bir futbolçunun yayda komandadan ayrılmasını istəmirəm"

«Mən bu gün burada olan heç bir futbolçunun yayda komandadan ayrılmasını istəmirəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

O. əksər oyunçuların sözləşməsinin bitmək üzrə olmasını xatırladıb. Əlavə edib ki, istər yerlilər, istərsə də legionerlər arasında belələri çoxdur.

Gənc çalışdırıcı artıq onlarla danışıqların başladığını bildirib:

«Bu işi rəhbərlik görür. Mən hamısının düşərgədə saxlanılmasını istəmişəm.

Avrokuboklara vəsiqə şansımız çoxdur. Konfrans Liqasına gedəcəyiksə, heyəti qorumalı, daha da gücləndirməliyik.

Müqavilə müddəti qurtarmaq üzrə olan futbolçuların əvvəlkindən daha yaxşı şərtlərlə burada qalmaq istəməsi başadüşüləndir.

Mən onların belə fikirdə olmasını anlayışla qarşılayıram. Çalışacağıq ki, hamısı ilə razılığa gələk.

Artıq bəzisi ilə ortaq məxrəcə gəlmişik. Mehriban kollektivimiz var. Bütün futbolçular istəyər ki, bu kollektivin bir parçası olsun».

Digər Xəbərlər
Xəbər Lenti