"Komanda da mənim kimidir" - Elmar Baxşıyev

8 May 2023 22:30 Qəbələ 508
"Komanda da mənim kimidir" - Elmar Baxşıyev

"Qəbələ" Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, bizi ağır səfər oyunu gözləyir. "Qarabağ" çempionatımızın vahid lideridir. Komandanı layiqli müqavimət göstərməyə hazırlayırdıq. Çalışırdıq ki, bu matçda yaxşı nəticə əldə edək. Düşünürəm ki, "Qarabağ" bu gün çempionatda ən yaxşı oyunlarından birini oynadı və layiqli qələbə qazandı.

- Son 6 oyunda qələbə qazanmışdınız və sonuncu dəfə fevral ayında bir matçda qol vurmamışdınız. Belə "dişsiz" oyun gözləyirdiniz?

- Rəqibi də nəzərə alaq. "Qarabağ" bu qədər hücum etməyə imkan verdi. Hücumlarımızın qarşısını rəqib alırdı. Daha çox öndə oynamağı planlaşdırırdıq. Amma rəqibin təzyiqi məcbur etdi ki, meydanın özümüzə aid olan hissəsinə qapanaq.

- Bu məğlubiyyət həyəcan yaratmayacaq? "Zirə" geriden gəlib sizi keçə bilər...

- Mənim üzümdə həyəcan hiss edirsiniz? Komanda da mənim kimidir. Oyun oyundan fərqlənir. Biz niyə kuboka köklənməliyik? Kubokun finalına üç həftə vaxt var. Qarşıda bizi üç oyun gözləyir. Komanda olaraq həmin matçları düşünürük. Futbolçularıma inanıram, əzmkarlıq göstərib çempionatda da istədiyimiz yerde olacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!