Yolu "Qəbələ"dən düşmüş əfsanə "Şöhrət zalı"na daxil edildi

6 May 2023 22:40 Qəbələ 551
Yolu "Qəbələ"dən düşmüş əfsanə "Şöhrət zalı"na daxil edildi

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın adı İngiltərə Premyer Liqasının "Şöhrət zalı"na daxil edilib.

Sportinfo.az xəbər verir ki, "Arsenal"ın əfsanəvi futbolçusu azarkeşlər və mütəxəssislərin səsverməsindən sonra bu hüqüqu əldə edib.

Onun qazandığı uğurlar da bu mənada böyük rol oynayıb. Toni Adams 4 dəfə İngiltərə çempionu olub, üç dəfə ölkə kuboku və superkubokunu qazanıb.

Hazırda televiziyada şərhçi kimi çalışan mütəxəssis 2010-2011-ci illərdə “Qəbələ”nin baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular