“Qəbələ” daha bir legionerdən "YOX" cavabı aldı – PUL MÜBAHİSƏSİ

6 May 2023 11:40 Qəbələ 1 410
“Qəbələ” daha bir legionerdən "YOX" cavabı aldı – PUL MÜBAHİSƏSİ

Avrokuboklara vəsiqə qazanmağa yaxın olan “Qəbələ” Ruan Renatodan sonra daha bir legionerlə bağlı problemlə üzləşib.

Ötən ilin yayında Azərbaycana gələn Abu-Akal Feras 1+1 illik müqavilənin ikinci bölümünün qüvvəyə minməsinə razılıq verməyib.

Səbəb də odur ki, klub rəhbərliyi ona gözlədiyi maaş artımını təklif etməyib. İsrailli yarımmüdafiəçi illik qazancının 100 min dollara çatdırılmasını istəyirö

26 yaşlı legioner peşəkar karyerasına “Hapoel İroni”də başlayıb. 2019-cu ilin yayında “Aşdod”a keçib.

Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!