
“Qəbələ” rəhbərliyi ilə Ruan renato arasında fikir ayrılığı yaranıb.
Bölgə klubunun yeni təklifi braziliyalı müdafiəçini razı salmayıb.
Son iki mövsümdə qırmızı-qara formanı geyinən “sambaçı” 150 min dollar tələb edib.
Cənubi amerikalı legioner bildirib ki, aylıq əməkhaqqısı göstərilən həddə çatdırılmasa, gələn mövsümü burada keçirməyəcək.
Renato “Qəbələ”də avtoritetdir. Komandanın “ip”i demək olar onun əlindədir.
Təkcə hemyerliləri və digər ölkələrdən olan əcnəbilər deyil, yerli futbolçuların əksəriyyəti də onun sözü ilə oturub durur.
SPORTİNFO.AZ