Murad Musayevin 100-ü

4 May 2023 02:20 Qəbələ 394
Murad Musayevin 100-ü

Murad Musayev “Qəbələ”nin heyətində 100-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın XXXII turuna təsadüf edib.

“Səbail”lə ev matçı (4:2) arxa xətt oyunçusunun “qırmızı-qaralar”ın heyətində 100-cü sınağı olub. Musayev bu qarşılaşmalarda 3 qola imza atıb.

Müdafiəçinin “Qəbələ”də debütü 2012/2013 mövsümündə gerçəkləşib. O, ilk dəfə 2012-ci il avqustun 10-da Premyer Liqanın “İnter”lə görüşündə (1:0) şans qazanıb.

Musayev ümumilikdə ölkə çempionatında 87, kubokda 12, avrokuboklarda 1 matçın iştirakçısı olub. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.

Müdafiəçi 100 və daha çox oyun keçirən 13-cü futbolçu kimi “Qəbələ”nin tarixinə düşüb. Bu göstəricidə rekord Urfan Abbasova məxsusdur. O, “qırmızı-qara” formada 263 matça çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı