
Növbəti ayın bu günü Azərbaycan kubokunda final matçı oynanacaq.
Həlledici qarşılaşmada "Qəbələ" Bakının "Neftçi" komandası ilə üz-üzə gələcək.
Sportinfo.az-a açıqlama verən bölgə klubunun mərakeşli yarımmüdafiəçisi Eyyub Allaş da "ağ qaralar"la baş tutacaq həmin titul matçını dəyərləndirib:
"Finala hələ çox var. Hazırda bu məsələ bizim üçün vacib deyil. Həmin oyun iyunun 3-dədir. İndi diqqətimizi Premyer Liqaya yönəltmişik. Dördüncü yer uğrunda mübarizə aparırıq.
Finala gəlincə, şanslar bərabərdir. Necə olacağını həmin vaxt görəcəyik".
"Neftçi" - "Qəbələ" arasında keçiriləcək final matçı 3 iyun "Baksel Arena"da baş tutacaq.
XANOĞLAN