Bu hadisə "Qəbələ"də hamının QANINI QARALTDI

30 Aprel 2023 01:50 Qəbələ 632
Bu hadisə "Qəbələ"də hamının QANINI QARALTDI

"Qəbələ" Azərbaycan Kubokunun final görüşünə ciddi itki ilə çıxacaq.

SportİNFO.az xəbər verir ki, "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov həlledici qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Buna səbəb 36 yaşlı yarımmüdafiəçinin cəzalı duruma düşməsidir. Təcrübəli futbolçu yarımfinalın "Səbail"lə hər iki oyununda sarı vərəqə görüb.

"Qəbələ" ölkə kubokunun finalında "Neftçi" ilə üz-üzə gələcək. Qarşılaşma 3 iyun tarixində "Bakcell Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti