
"Qəbələ"nin şimali makedoniyalı legioneri İsnik Alimi instaqram hesabında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqanın 31-ci turunun “Sumqayıt”la görüşündə 0:2 geriyə düşdükdən sonra həyata keçirdiyi geridönüşü şərh edib:
"Bu nə oyun, nə geridönüş idi? Hər kəslə fəxr edirəm. İndi bərpa olunub, cümə axşamı final üçün hazırlaşmalıyıq. Birlikdə bacara bilərik”.
“Qəbələ” ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında aprelin 27-də “Səbail”lə qarşılaşacaq. Qəbələdə keçirilən oyun qəbəlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.