Bölgə klubunun 36 yaşlı kapitanı dayanmaq haqda düşünmür

28 Aprel 2023 20:40 Qəbələ 501
Bölgə klubunun 36 yaşlı kapitanı dayanmaq haqda düşünmür

Azərbaycan Premyer Liqasının ən yaşlı futbolçusu hazırda "Qəbələ"in yarımmüdafiəçisi Asif Məmmədovdur.

Onun bu yay 37 yaşı tamam olacaq.

Deyəsən, növbəti il də "ən qoca" statusu Məmmədovun adı ilə bağlı olacaq.

Belə ki, təcrübəli yarımmüdafiəçi mövsümün sonu karyerasını baş vurmaq haqqında düşünmür.

Bölgə klubu ilə yayda müqaviləsi müqaviləsi bitəcək Məmmədov futbolçu karyerasını davam etdirməkdə qərarlıdır.

Baş məşqçi Elmar Baxşıyev növbəti sezon da onun xidmətində maraqlı olsa Asifin cavabı müsbət olacaq.

O, bu mövsüm 31 oyunda forma şansı qazanıb və 2 asistlə yadda qalıb.

36 yaşlı kaiptan 2015-ci ildən "Qəbələ"də çıxış edir.

Daha əvvəl isə "İnter" (indiki "Şamaxı"), "Xəzər Lənkəran", "Standart" və MKT Araz kimi klubların şərəfin qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti