İcra başçısı avrokuboklara getmək istəyən kluba SPONSOR TAPACAQ

25 Aprel 2023 19:00 Qəbələ 1 298
İcra başçısı avrokuboklara getmək istəyən kluba SPONSOR TAPACAQ

Avrokuboklara qatılmaq iddiasında olan «Qəbələ»yə yeni sponsorların cəlb edilməsi gündəmdədir.

Bu barədə Sportinfo.az-a bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun bildirdiyinə görə, bu məqsədlə toplantı keçirilib.

Yığıncaqda klubun prezidenti Fariz Nəcəfov, Qəbələ Rayon İcra Hakimiyyətinin (İH) başçısı Səbuhi Abdullayev, İH-nin səlahiyyətli şəxsləri, həmçinin AFFA-nın baş katibi Sərxan Hacıyev və Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev iştirak edib.

İclasda klubun fəaliyyəti, yerli iş adamları ilə əməkdaşlıq prespektivi müzakirə olunub. İcra başçısı AFFA və FİF-lə birgə bu istiqamətdə çalışacaqlarını bildirib.

«Qəbələ»nin prezidenti biznes dünyasına aid şəxslərlə işbirliyinə hazır olduqlarını söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti