"Qəbələ"nin braziliyalı legionerinin Sumqayıtda yaşadığı çətin anlar - VİDEO

24 Aprel 2023 17:00 Qəbələ 1 009
"Qəbələ"nin braziliyalı legionerinin Sumqayıtda yaşadığı çətin anlar - VİDEO

"Qəbələ" Premyer Liqada növbəti qələbəsini aktivinə yazdı.

31-ci tur çərçivəsində "Sumqayıt"ın qonağı olan bölgə klubu 0:2 geri düşdüyü qarşılaşmada geridönüş etməyi bacardı - 3:2.

Dramatik keçən matçın sonları qonaqların vingeri Felipe Santos üçün daha gərgin anlarla yadda qaldı.

Belə ki, braziliyalı legioner qələbə qolundan sonrakı sevinci ilə yerli tərəfdarların qəzəbinə tuş gəldi.

Fanatlar onun ünvanına təhqirlər yağdırmaqla kifayətlənməyib, futbolçunu çox sayda su butulkalarına "qonaq" etdilər.

Yalnız komanda yoldaşlarının Felipeni hadisə yerindən uzaqlaşdırması ilə ara səngimiş olub.

Baş hakim isə "Qəbələ"nin futbolçusunu sarı vərəqə ilə cəzalandırdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anın görüntülərinə aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA