“Neftçi” üzərində qələbənin izahı: “200 faiz”

23 Aprel 2023 17:45 Qəbələ 1 036
“Neftçi” üzərində qələbənin izahı: “200 faiz”

“Bu qələbə bizim üçün avrokuboklara vəsiqə qazanmaq baxımından çox önəmli idi.

İstəyimizə çatmaq üçün dördüncü pilləni əldən verməməliyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi” – “Qəbələ” oyununu şərh edən bölgə təmsilçisinin futbolçusu Feras Abu Akal deyib.

“Qırmızı-qaralar” matçın əvvəlində vurduğu 2 qolla hesabda üstünlük yaradaraq rəqibi təzyiq altında saxlamağı bacardı.

Hətta Emin Mahmudovun penaltidən fərqlənməsi də, bakılıların köməyinə çatmadı və “Qəbələ” hava-su kimi lazım olan 3 xalı qazandı.

İsrailli yarımmüdafiəçi rəqibi nədə üstələdiklərini də söyləyib:

“Qalib gəlməkdən başqa yolumuz yox idi. Meydana yalnız və yalnız 3 xal düşüncəsi ilə çıxmışdıq. Ən vacibi oyun intizamını qorumaq idi, bunu da bacardıq. Erkən qollar bizə çox kömək etdi.

Fikrimcə, komanda şəklində inamlı oynamaqla “Neftçi” üzərində qalib gəlməyi bacardıq.

Meydanda son saniyəyə qədər mübarizə apardıq. Hər kəs bacardığının 100 yox, 200 faizini verəndə hədəfə çatmaq asanlaşır.

“Neftçi”ni udmuşuq deyə, qətiyyən arxayınlaşmamışıq. Bundan sonra bizi daha çətin və vacib oyunlar gözləyir”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA