"Qəbələ"ni narahat edən açıqlama: "Bəlkə də vətənə qayıtmağın vaxtı çatıb"

22 Aprel 2023 12:40 Qəbələ 1 076
"Qəbələ"ni narahat edən açıqlama: "Bəlkə də vətənə qayıtmağın vaxtı çatıb"

“Qəbələ”nin braziliyalı müdafiəçisi Ruan Renato xarici klubların maraq dairəsinə düşüb.

Sportinfo.az “Futebol Interior” portalına istinadən xəbər verir ki, onunıla Braziliya klubları maraqlanır.

2021-ci ilin yayından “Qəbələ”də çıxış edən 29 yaşlı arxa xətt oyunçusunun həmyerliləri bu yay onu transfer etməyə çalışacaq.

Ruanın özü məsələyə bu cür münasibət bildirib:

“Müqaviləm ilin ortasında bitir. Karyeramın qalan hissəsini agentimlə müzakirə edəcəm.

Şadam ki, mənə maraq var. Karyeramın qalan hissəsini Braziliyada keçirmək istəyim var.

Hər şey təklifdən asılıdır, bəlkə də vətənə qayıtmağın vaxtı çatıb".

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM