Kapitan yaşadıqları şokun sirrini "Sportinfo"ya açıqladı

20 Aprel 2023 19:00 Qəbələ 707
Kapitan yaşadıqları şokun sirrini "Sportinfo"ya açıqladı

"Qəbələ"nin futbolçusu Urfan Abbasov Sportinfo.az-a açıqlama verib.

Təcrübəli müdafiəçi ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşü çərçivəsində "Səbail"ə qalib gəldikləri (3:2) oyun haqqında danışıb:

"Çətin oyun olacağın bilirdik. Qarşılaşmaya yaxşı hazırlaşmışdıq.

Düzdür, startda gözlənilmədən 2 qol buraxdıq, lakin sonradan toparlanıb geridönüş edə bildik. Buna görə sevincliyik.

Amma bu qələbə ilə kifayətlənmək lazım deyil. Qarşıdakı cavab qarşılaşmasının da çətin olacağını bilirik.

Süni meydanda oynamalı olacağıq. Çalışacağıq yaxşı hazırlaşaq və yaxşı nəticə əldə edək".

Bölgə klubu ilk yarımsaatda 0:2 geri düşsə də sonradann qarşılaşmada geridönüş etməyi bacardılar. Maraqlıdır, startdakı şokun səbəbi nə idi?

Urfanı dinləyək:

"Oyundan öncə də baş məşqçimiz görüşün çətin keçəcəyin demişdi. Ola bilər ki, bir qədər oyuna rahat çıxmışdıq.

Bunun nəticəsində iki qol buraxdıq. Yaxşı ki, qısa müddətdə toparlanıb oyuna qayıda bildik.

Kənardan baş məşqçimizin tapşırıqları oldu. Fasilədə də məsləhətlərin verdi. Bunun nəticəsində toparlanıb, matçda dönüş yarada bildik".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA