“Neftçi”nin oyun “verməsi” ilə bağlı: “Bunu iddia edənlər...”

19 Aprel 2023 20:40 Qəbələ 1 077
“Neftçi”nin oyun “verməsi” ilə bağlı: “Bunu iddia edənlər...”

“Qəbələ”nin hesabat turunda səfərdə “Neftçi”ni məğlub etməsi söz-söhbətlərə yol açdı.

Azarkeşlərin böyük qismi “ağ-qaralar”ın bölgə təmsilçisinə bilərəkdən uduzduğunu bildirirdi ki, iddianın kökündə dayanan hər iki komandanın kubok mübarizəsini də davam etdirməsidir.

Sanki “Neftçi” bu dəfəki oyunda bilərəkdən məğlub oldu ki, “Qəbələ” dördüncü pillədəki yerini bərkidib, avrokubok yolunda irəli addım atdın.

“Qırmızı-qaralar” isə bunun əvəzini kubokda verəcək. Hər iki komanda finala yüksəlsə də, Elmar Baxşıyevin yetirmələri bakılılara uduzacaq və bununla da çempionatdakı borcunu qaytarmış olacaq.

Yəni “Bakcell Arena”da qonaqların əldə etdiyi 2:1 hesablı qələbədən sonra irəli sürülən iddia belədir.

“Qəbələ”nin müdafiəçisi Murad Musayev Sportinfo.az-a açıqlamasında məlum məsələylə bağlı mövqeyini bildirib:

“Bunu iddia edənlər bekar adamlardır. “Neftçi” bilərəkdən bizə niyə uduzsun ki?

Bilmirəm, nə axtarırlar, nə istəyirlər. Hamı gördü ki, layiqli mübarizə aparıb, layiqli qələbə qazandıq.

Ona görə də başqa söhbət ola bilməz. Bu günə kimi “Qəbələ”nin adı bu kimi işlərdə hallanmayıb, bundan sonra da hallanmayacaq.

Bizim üçün hər oyun finala bərabərdir. Ona görə də meydanda canımızı qoyuruq.

Kimlərsə layiqli qələbəmizə kölgə salmaq istəyirsə, bu, öz problemidir. Nəsə axtarırlarsa, özlərində axtarsınlar, bizdə yox.

Komanda olaraq düz yoldayıq, inşallah, bu gedişlə istəyimizə çatacağıq”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA