Hər şey “Neftçi”dən başladı - “Qəbələ”nin braziliyalıları üçün...

19 Aprel 2023 01:10 Qəbələ 994
Hər şey “Neftçi”dən başladı - “Qəbələ”nin braziliyalıları üçün...

Azərbaycan Premyer Liqasının 30-cu turu “Qəbələ”nin legioneri Ramon Maçado üçün ikiqat əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu Azərbaycan çempionatında 50-ci oyununu keçirib. “Neftçi” ilə matçda hesabı açan legioner Premyer Liqada 10-cu qolunu vurub.

2022-ci ilin yayında “Qəbələ”yə keçən Maçado bunadək “Neftçi”də çıxış edib. O, Bakı klubunda 24, “qırmızı-qaralar”ın heyətində 26 çempionat görüşündə şans qazanıb. Ramon hər iki komandanın forması ilə eyni sayda – 5 qola imza atıb.

“Neftçi” ilə görüş “Qəbələ”nin daha iki braziliyalı futbolçusu üçün əlamətdar olub. Rafael Utziq və Felipe Santos Premyer Liqada yubiley matçına çıxıb.

Yalnız “Qəbələ”də çıxış edən Rafael 75-ci çempionat qarşılaşmasında şans qazanıb. Felipe isə Premyer Liqadakı oyun sayını 50-yə çatdırıb.

O, əvvəllər “Şamaxı”da forma geyinib. Bu matçlarda Utziq 14, Felipe 9 dəfə fərqlənib.

“Qəbələ” səfər matçında 2:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM