"Qəbələ" rəhbərliyi kimi baş məşqçi postuna gətirmək istəyir?

18 Aprel 2023 16:40 Qəbələ 1 234
"Qəbələ" rəhbərliyi kimi baş məşqçi postuna gətirmək istəyir?

Cavid Hüseynov yenidən «Qəbələ»yə qayıda bilər.

Bu, real məsələdir.

Son günlər sosial şəbəkələrdə yayılan müvafiq xəbərlər heç də təsadüfi deyil.

İki ildir məşqçilik həyatına atılan gənc mütəxəssisin «Şamaxı»dan ayrılması mümkün variantdır.

Hər halda buradakı son durum narahatvericidir. Bölgə komandası 22 xalla turnir cədvəlinin 9-cu pilləsində məskunlaşıb və I Diviziona enməsi gözlənilir.

«Qəbələ»də isə onun yolunu gözləyənlər kifayət qədərdir. Rəhbər şəxsindən və futbolçusundan tutmuş ta adi əməkdaşına kimi.

Niyə də yox?! Hüseynov uzun illər qırmızı-qara formanı geyinib, kapitan sarğısını qoluna taxıb.

İndi də burada ondan söz düşəndə haqqında xoş xatirələr danışırlar.

Bu qayıdışın gerçəkləşməsi daha çox «Neftçi»dəki proseslərdən asılıdır. Lorentsiu Regekampf titul qazanmasa, Azərbayanı tərk edəcək.

Belə bir məqamda «Qəbələ» rəhbərliyi də baş məşqçi ilə bağlı qərar verməyə tələsmir.

Dörd ildir komandanın sükanı arxasında dayanan Elmar Baxıyevlə yeni müqavilə imzalanması hələ gündəmə daxil olmayıb. Gənc mütəxəssisə belə bir təklif də etməyiblər.

Güman ki, yönətim sezonun bitməsini, daha doğrusu, qarşıya qoyulan məqsədin yerinə yetirilib-yetirilməyəcəyini gözləyir.

«Qırmızı-qaralar» Konfrans Liqasına vəsiqə qazanmasa, burada çox dəyişəcək. Büdcə azalacaq, yüksək ödənişli futbolçular yola salınacaq.

Yaranmış vəziyyət Baxşıyevi bir o qədər narahat etmir. Onun variantı var. «Neftçi»də dostları çoxdur.

«Ağ-qaralar» ölkə kubokunu əldə etməsə, Lorentsiu Regekamfla vidalaşacaqlar. Belə olan halda, Baxşıyevin Qəbələdən paytaxta köçməsi asanlaşacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA