Bir ayağı "Neftçi"də olan yeni baş məşqçi…

15 Aprel 2023 13:00 Qəbələ 6 088
Bir ayağı "Neftçi"də olan yeni baş məşqçi…

Elmar Baxşıyevin bir ayağı artıq «Neftçi»dədir, xəbəriniz olsun.

Bu gün üçün reallıq bundan ibarətdir.

«Neftçi» ilə dünənki qarşılaşma onu ağ və qara rənglərlə boyanmış qapıya bir az da yaxınlaşdırdı.

Bilirik, könlü buradan yanadır. «Neftçi»nin baş məşqçi postunda əyləşmək Baxşıyevin ən böyük arzusudur.

Kamranbəy Rəhimovun final fiti Elmar Baxşıyevi dünyanın ən xoşbəxti etdi.

«Qəbələ» sezonun əvvəlki qarşılaşmalarında «Neftçi»yə öz gücünü göstərə bilməmişdi. Elə-belə oynamışdılar.

Ötən gün tam əksi oldu, «Qəbələ» qələbəyə layiq mübarizə apardı.

İlk yarımsaatın tamamına kimi iki qol vurub, 3 xalın qapısını araladılar və son dəqiqəyədək imkan vermədilər ki, o qapı üzlərinə bağlansın.

Hesaba arxayın düşüb, tamamən müdafiəyə qapanmadılar, sürətli hücumları əks-hücumlarla, əks-hücumları hücumlarla əvəz etdilər.

Oyunu müxtəlif bölümlərə böldülər, gedişata uyğun manevrlərlə qalibiyyəti öz aktivlərinə yazdılar.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA