«Qəbələ»də müəmmalı vəziyyət yaranıb.
Mövsümün sonuna 2 aydan da az vaxt qalıb, buna baxmayaraq ki, rəhbərlik baş məşqçi ilə bağlı qərar verməyə tələsmir.
Dörd ildir komandanın sükanı arxasında dayanan Elmar Baxıyevlə yeni müqavilə imzalanması hələ gündəmə daxil olmayıb. Gənc mütəxəssisə belə bir təklif də etməyiblər.
Güman ki, yönətim sezonun bitməsini, daha doğrusu, qarşıya qoyulan məqsədin yerinə yetirilib-yetirilməyəcəyini gözləyir.
«Qırmızı-qaralar» Konfrans Liqasına vəsiqə qazanmasa, burada çox dəyişəcək. Büdcə azalacaq, yüksək ödənişli futbolçular yola salınacaq.
Yaranmış vəziyyət Baxşıyevi bir o qədər narahat etmir. Onun variantı var. «Neftçi»də yolunu gözləyirlər.
«Ağ-qaralar» ölkə kubokunu əldə etməsə, Lorentsiu Regekamfla vidalaşacaqlar. Belə olan halda, Baxşıyevin Qəbələdən paytaxta köçməsi asanlaşacaq.
SPORTİNFO.AZ

