«Qarşıda hələ oyunlar var, avrokuboklara vəsiqə uğrunda mübarizə son turadək davam edəcək».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin müdafiəçisi İlkin Qırtımov deyib.əyalət təmsilçisi Premyer Liqanın 29-cu turunda «Zirə»ni qəbul etdi və meydandan 2:1 hesablı qələbəylə ayrıldı.
Qalibiyyət sayəsində «qartallar»ı qabaqlayan «qırmızı-qaralar» artıq turnir cədvəlinin 4-cü pilləsində məskunlaşıb. Qəbələnin eyniadlı komandası sonadək bu yeri qoruyub saxlasa, böyük ehtimalla, Konfrans Liqasına vəsiqə qazanacaq.
İlkin isə əsas mübarizənin bundan sonra başlayacağını düşünür:
«Heç bir komandanı asanlıqla məğlub etmək olmur. «Zirə»yə qalib gəlməklə böyük üstünlük qazandıq.
Çalışacağıq ki, bu üstünlüyümüzü sonadək qoruyub saxlayaq. Hələ heç nə həll olunmayıb.
Səkkiz tur qalıb və bu müddətdə əlimizdən gələni əsirgəməməliyik. Çempionat gərgin keçir.
Komandamızın hər bir futbolçusu öz məsuliyyətini hiss edir. Amma «Zirə» və digərlərinin də bu vəziyyətlə barışmayacağını bilirik».

