“Qəbələ” üçün 16 qola imza atdı, indi də…

10 Aprel 2023 01:10 Qəbələ 1 340
“Qəbələ” üçün 16 qola imza atdı, indi də…

Premyer Liqanın XXIX turu Ülvi İsgəndərov üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu “Qəbələ”nin heyətində 90-cı çempionat matçına çıxıb.

Bu, “Zirə” ilə ev qarşılaşmasında (2:1) gerçəkləşib.

Ülvi “Qəbələ” forması ilə çıxdığı Premyer Liqa görüşlərində 16 qola imza atıb. O, klubun heyətində çempionatda 90 və daha çox oyun keçirən 12-ci futbolçudur.

Xatırladaq ki, İsgəndərovun “qırmızı-qara” formada çıxdığı ilk Premyer Liqa matçı 2019/20 mövsümündə baş tutub. O, 2019-cu il avqustun 17-də “Sumqayıt”la ev görüşündə (0:2) şans qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM