Yerlərini dəyişdilər - ƏYALƏTDƏN FOTOREPORTAJ

9 Aprel 2023 03:00 Qəbələ 649
Yerlərini dəyişdilər - ƏYALƏTDƏN FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyununda "Qəbələ" "Zirə"ni qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 58-ci dəqiqədə "qırmızı-qaralar"dan Ramon Maçado açıb.

"Qartallar" 69-cu dəqiqədə Eldar Quliyevin qolu ilə tarazlığı bərpa ediblər. Lakin cəmi 10 dəqiqə sonra fərqlənən Ruan Renato əyalət təmsilçisinə vacib qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Qəbələ" "Zirə"ni qabaqlayaraq 4-cü pilləyə yüksəlib. 38 xalı olan paytaxt klubu isə 5-ci sıraya geriləyib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM