İndi artıq hər şey «Qəbələ»nin öz əlindədir.
Son həftələrdə komanda qalxıb.
Nəticələr bir xətt üzrə inkişaf etməsə də, oyun planında artım var. Keçən həftə «Sabah»a Masazırda uduzmalı deyildilər.
Səlahət Ağayev qapıda olmasaydı, qələbə hesabını qoruyacaqdılar.
O cür oyundan sonra «Zirə» ilə çətin keçəcəyi şübhə doğurmayan 90 dəqiqəyə hazırlaşmaq bir az əlavə güc, bir az da əlavə motivasiya tələb edirdi.
Və «Qəbələ» mövsümün bəlkə də ən vacib matçından alııaçıq çıxdı.
Bu komanda belədir: bütün rəqiblərinə qarşı öz oyununu oynayır, çəkinmir. Əhval-ruhiyyə yerindədirsə, qazanmağı bilirlər.
Elmar Baxşıyev riskə getdi, Səlahət Ağayevi ehtiyata atmadı. Bu da tutdu.
«Sabah»la qarşılaşmadan sonra çoxsaylı tənqidlərlə üzləşmiş kiper «günahını yudu», maraqlı qurtarışlar etdi.
«Qəbələ»lilər «Zirə»nin üzərinə dalğa-dalğa getdi, istədiyi nəticəni qopardı.
Dördüncü pilləyə yüksələn komandanın qarşısında indi daha bir vacib vəzifə dayanır - növbəti 8 həftə ərzində bu yeri qoruyub saxlamaq.
KAMİL

