Naxçıvanda söyüş söyən “Qəbələ”nin iki adamı cəzalandırıldı

7 Aprel 2023 13:20 Qəbələ 676
Naxçıvanda söyüş söyən “Qəbələ”nin iki adamı cəzalandırıldı

“Qəbələ-2”nin futbolçusu Rauf Rüstəmli və komandanın meneceri Muraz Muradlı hakimi təhqir etdikləri üçün cəzalanıblar.

Sportinfo.az xəbər verir ki, İntizam Komitəsi I Divizionun XXIII turunda “Araz Naxçıvan”la matçda nalayiq ifadələr işlətdiyinə görə oyunçuya 4, klub rəsmisinə isə 5 oyunluq cəza kəsib.

Birbaşa qırmızı vərəqə alan şəxslər "qırmızı-qaralar"ın müvafiq olaraq 320 və 400 manat məbləğində cərimələnməsinə də səbəb olublar.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM