"Qəbələ"dən ülvi hisslərlə verilən bir mesaj - VİDEO

7 Aprel 2023 16:00 Qəbələ 611
"Qəbələ"dən ülvi hisslərlə verilən bir mesaj - VİDEO

Azərbaycan Premyer Liqasında avrokuboklara gedəcək 3 komandanın adına həftələr əvvəldən aydınlıq gəlib.

Bunlar Premyer Liqada uyğun olaraq ilk üçlükdə qərar tutan "Qarabağ", "Sabah" və "Neftçi"dir.

4-cü təmsilçimizin kim olacağına isə namizəd nə birdir, nə də iki.

"Turan Tovuz" və "Səbail" ümidini ölkə kubokuna qazanmaqla bu uğura nail olmağa bağlayıb.

"Zirə" çempionatda uzun müddətdir lövbər saldığı dördüncü yeri sona qədər qoruyub, kubokun da "Neftçi"yə qismət olmasını arzulayır.

Hər iki cəbhədə mübarizəni davam etdirən "Qəbələ"nin isə şansları daha çoxdur.

Kubokda mübarizəsinə bütünlüklə bel bağlamaq istəməyən bölgə klubu Premyer Liqada 4-cü pilləni ələ keçirməkdə niyyətlidir. Belədə "ağ qaralar"ın kubokdakı zəfəri onların işinə yarayacaq.

Bu baxımdan bu gün Qəbələdə baş tutacaq "Qəbələ" - "Zirə" qarşıdurmasının önəmini izah etməyə gərək yoxdur.

Artıq tərəflər arasında intriqa hakimin start fitindən əvvəl başlayıb.

Sükutu isə meydan sahibləri pozub.

Belə ki, "Qəbələ"nin instaqram səhifəsi tərəflərin Qəbələdəki sonuncu görüşündə Ülvi İsgəndərovun vurduğu fantastik qolun videosun paylaşıb.

İstedadlı hücumçunun mərkəz xəttindən vurduğu fantastik qol komandasına qızıla bərabər qələbə qazandırmışdı. Elə-belə yerə deməyiblər ki, iştah diş altındadır. Görünür, qəbələlilərin iştahından Ülvinin növbəti 3 xallıq qolu keçir.

"Tribunalar yolunuzu, komandamız dəstəyinizi gözləyir" başlıqlı videoya aşağıdakı linkdə baxa bilərsiz:

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA