Azərbaycanda işləmiş məşhur məşqçinin adı Şöhrət Zalına daxil ediləcək?

4 Aprel 2023 01:50 Qəbələ 855
Azərbaycanda işləmiş məşhur məşqçinin adı Şöhrət Zalına daxil ediləcək?

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın adı İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilə bilər.

Sportinfo.az xəbər verir ki, adları açıqlanan 15 veteran futbolçu arasında 57 yaşlı mütəxəssis də var.

Digər namizədlər Eşli Koul, Qari Nevill, Sol Kempbell, Cermeyn Defo, Maykl Ouen, Maykl Kerrik, Les Ferdidand, Con Terri, Petr Çex, Rio Ferdinand, Yaya Ture, Endi Koul, Robbi Fouler və Nemanya Vidiçdir.

Onlardan üçü səsvermənin nəticələrinə əsasən Şöhrət Zalına daxil olacaq.

Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək “Qəbələ”də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və idman direktoru vəzifələrində çalışıb.

O, futbolçu kimi isə bütün karyerası boyunca - 1983-2002-ci illərdə "Arsenal"ın formasını geyinib. Veteran müdafiəçi 2021-ci ildə də Şöhrət Zalına daxil edilməyə namizədlər rasında olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA