"Azərbaycan klubuna keçdim, problemlərim yarandı" - PSJ-nin yetirməsi

30 Mart 2023 11:00 Qəbələ 1 698
"Azərbaycan klubuna keçdim, problemlərim yarandı" - PSJ-nin yetirməsi

"Azərbaycan klubu ilə müqavilə imzaladıqdan sonra sağlamlıq problemlərim oldu, bu da müəyyən fəsadlar yaratdı".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin sabiq futbolçusu Abdelrafik Jerar yetirməsi olduğu PSJ-nin rəsmi saytına müsahibəsində deyib.

Hazırda ölkəsi Fransada "Rasinq"in formasını geyinən 30 yaşlı yarımmüdafiəçi iki ildən çox futbolsuz qaldığını xatırladıb:

"Artıq gündəlik həyatdan və hər şeydən zövq alıram. Uzun müddətdən sonra buna ehtiyacım var idi".

Jerar komandasının iddialı olduğunu da söyləyib:

"Yaxşı heyətimiz var. II Milli Liqanın A qrupunda ikinci pillədəyik. Bu, Milli Liqaya yüksələcəyimizə inam verir".

2020-ci ilin yanvarında "Qəbələ" ilə müqavilə bağlayan Abdelrafik Jerar həmin ilin iyununda klubdan ayrılıb. O, bu ilin əvvəlindən "Rasinq"in uğurları üçün çalışır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA