Premyer Liqa klubu yeni simalara qapı açdı - SİYAHI

11 İyul 2023 23:20 Qəbələ 1 610
Premyer Liqa klubu yeni simalara qapı açdı - SİYAHI

Konfrans Liqasına hazırlaşan “Qəbələ” yay təlim-məşq toplanışının birinci hissəsini Qəbələdə tamamladı.

Artıq bölgə klubu iki gündür Türkiyədədir.

Qardaş ölkədə 10 gün qalacaq komandamızın düşərgəsində yeni simalar da var.

Belə ki, baş məşqçi Elmar Baxşıyev ötən illər olduğu kimi, bu toplanışda da gənclərə şans tanıyıb.

O, akademiyanın 4 gəncinə Türkiyə hazırlığında iştirak etmək fürsəti yaradıb.

Söhbət mövqeyi qapıçı olan Həbibdən və digər 3 sahə oyunçusu - Mehrac Baxşalı, Sənan Quliyev və Xəyal Xudaverdiyevdən gedir.

Əgər adıçəkilən futbolçulardan özünü yaxşı mənada göstərə bilən olsa, Baxşıyev yeni mövsüm onların xidmətindən mütləq istifadə edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA