"Qəbələ"ni narahat edən gəlişmə – Yeni mövsümlə bağlı

29 Mart 2023 09:40 Qəbələ 863
"Qəbələ"ni narahat edən gəlişmə – Yeni mövsümlə bağlı

«Qəbələ»nin gələn mövsümə hansı büdcə ilə başlaması avrokuboklara vəsiqə qazanıb-qazanmamasından asılıdır.

Klub rəhbərliyi bu barədə futbolçulara xəbərdarlıq edib.

Müqaviləsi bitmək üzrə olan oyunçuların diqqətinə çatdırılıb ki, onlarla yeni sözləşmələrin imzalanması məsələsinə mayda baxılacaq.

Bildirilib ki, komanda qitə miqyaslı yarışlardan kənarda qalsa, növbəti ilin büdcəsi hazırkı ilə müqayisədə xeyli azalacaq. Çünki «xəzinə»nin bir hissəsi UEFA-dan gələn vəsait hesabına formalaşdırılır.

Kollektiv üzvlərinə deyilib ki, qarşıya qoyulan məqsəd yerinə yetirilməsə, mövcud şərtlərlə kontraktları yeniləmək mümkün olmayacaq.

«Qəbələ» Premyer Liqada beşinci pillədə yer alıb. Ölkə kubokunda isə «qırmızı-qaralar»ı «Səbail» ilə yarımfinal oyunları gözləyir.

Əyalət təmsilçisi çempionatda dördüncü sıraya yüksələ bilməsə, mütləq kuboku qazanmalıdır. «Səbail» səddini keçsələr, burada onları «Neftçi» - «Turan Tovuz» cütünün qalibi gözləyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA