
Premyer Liqada qeyri-sabit mövsüm keçirən «Qəbələ»nin futbolçuları arasında narahatlıq yaranıb.
Demək olar əksər oyunçuların müqavilə müddəti bitmək üzrədir və gələcək talelərinin necə olacağını bilmək istəyirlər.
Çünki bir çoxunun başqa təklifləri var və bu barədə rəhbərliyi xəbərdar ediblər.
Komanda üzvləri funksionerlərlə görüşdə bununla bağlı məsələ qaldırıb və qəti söz demək üçün aprelin əvvəlinədək onlara vaxt veriblər.
SPORTİNFO.AZ