
“Azərbaycanda yaşamaq mənim üçün çətin deyil“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin yeni transferi Əyyub Allaş deyib.
Fevralda Azərbaycana gələn yarımmüdafiəçi adaptasiya prosesini sürətlə keçdiyini bildirib:
“Bura çox gözəl ölkədir. Bakıda yaşayıram və günümün çoxu əsasən paytaxtda keçir.
Kifayət qədər işıqlı və təmiz şəhərdir. Müsəlman ölkəsində olmağım məni məmnun edir. Çünki özüm də müsəlmanam“.
“Qəbələ” Mərakeş əsilli belçikalı ilə ötən ay 1,5 illik müqavilə imzalayıb. 25 yaşlı əcnəbinin son klubu 2021-ci ildə keçdiyi Belçika təmsilçisi “Virton” olub.
O, karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone”də (2020-2021) də forma geyinib.
Allaş Mərakeşin U-20 millisində çıxış edib. 2015-ci ildə yığmanın şərəfini qoruyub.