"Yaxşı təklif olsa, burada qalmaq istəyərəm"

21 Mart 2023 17:00 Qəbələ 1 017
"Yaxşı təklif olsa, burada qalmaq istəyərəm"

"Hələlik heç bir danışıq olmayıb".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin qavpıçısı Səlahət Ağayev deyib.

Mövsümlərarası fasilədə "Sabah"ı əyalət təmsilçisinə dəyişən kiperin müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Maraqlıdır ki, "qırmızı-qaralar" ona yeni kontrakt təklif etməyib:

"Qəbələ"də çox oyunçunun müqaviləsi bitir. Qarşıda bizi vacib görüşlər gözləyir.

Açığı, bu barədə düşünmək istəmirəm. Peşəkaram və müqaviləmin sonuna kimi buradayam.

Yaxşı təklif olsa, burada qalmaq istəyərəm. Burada istər məşqçilər korpusu, istər rəhbərlik, istərsə də kollektiv ürəyimcədir.

Hər şey mövsümün sonu dəqiqləşəcək".

Digər Xəbərlər
Xəbər Lenti