Premyer Liqada bir klubla 100(ü) "vuran" baş məşqçi

20 Mart 2023 16:20 Qəbələ 527
Premyer Liqada bir klubla 100(ü) "vuran" baş məşqçi

Azərbaycan Premyer Liqasının XXVII turu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis “qırmızı-qaralar”ı 100-cü çempionat matçına çıxarıb.

Bu, “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəldikləri görüşə təsadüf edib. Komanda Baxşıyevin rəhbərliyi altında Premyer Liqada 31 dəfə qalib gəlib. “Qəbələ” bu müddətdə 33 heç-heçə edib və 36 dəfə uduzub.

O, çempionatda 100 və daha çox oyunda “qırmızı-qaralar”a rəhbərlik edən üçüncü mütəxəssisdir. Bu vaxtadək Ramiz Məmmədovla Roman Qriqorçuk da “100”ü arxada qoyub.

Baş məşqçinin debütü 2019-cu il sentyabrın 14-də gerçəkləşib. Həmin gün “Qəbələ” səfərdə “Sabah”a qalib gəlib – 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu