"Qəbələ"nin legioneri indi buna sevinər yəqin…

19 Mart 2023 03:00 Qəbələ 483
"Qəbələ"nin legioneri indi buna sevinər yəqin…

“Qəbələ”nin legioneri Ruan Renato Premyer Liqada 50-ci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçinin yubileyi XXVII tura təsadüf edib.

29 yaşlı cənubi amerikalı “Şamaxı” ilə ev görüşündə 90 dəqiqə şans qazanıb.

Ruan Premyer Liqadakı 50 matçda 3 qol vurub. O, “qırmızı-qaralar”ın heyətində Azərbaycan çempionatında ən azı 50 görüş keçirən 35-ci futbolçu olub.

Renato 2021-ci il avqustun 15-də Premyer Liqada ilk oyununa çıxıb. O, “Neftçi” ilə səfər qarşılaşmasında (2:2) şans qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti