Yeni transfer “Qəbələ”ni “Neftçi”nin sevilən adamının məsləhəti ilə seçib – SƏMİMİ ETİRAF

14 Mart 2023 20:40 Qəbələ 651
Yeni transfer “Qəbələ”ni “Neftçi”nin sevilən adamının məsləhəti ilə seçib – SƏMİMİ ETİRAF

“Neftçi”də oynamış Sabir Buqrini xatırlayırsız yəqin.

“Qəbələ”dən təklif alan kimi onunla danışdım, məsləhətləşdim”.

Bölgə təmsilçisinin yeni transferi Əyyub Allaş Sportinfo.az-a açıqlamasında Sabiq Buqrinlə münasibətindən danışıb.

25 yaşlı yarımmüdafiəçi Buqrinlə dost münasibətinə sahibdir. Hər ikisi əslən Mərakeşdən olsa da, Belçikada doğulub.

Həm də eyni şəhərdə - Mexelendə. Və ən maraqlısı, hər ikisini peşəkar karyerasına “Lyers”də başlamasıdır.

Əyyub Buqrinlə danışandan sonra karyerasını Azərbayanda davam etdirməyə razılıq verib:

“Açığı, Azərbaycan haqda geniş məlumata sahib deyildim. “Qəbələ”dən təklif alanda qardaşım deyə biləcəyim dostumla əlaqə saxladım.

Uşaqlıqdan bir məhəllədə böyümüşük, bir küçədə futbol oynamışıq, peşəkar karyeramıza da bir yerdə başlamışıq.

O, mənə Azərbaycan futbolu və “Qəbələ” haqda xoş fikirlər söylədi. Dedi, düşünmədən get, peşman olmayacaqsan.

Əsasən Azərbaycanın müsəlman ölkəsi olması və Qəbələdəki ideal meydançalarla bağlı dedikləri diqqətimi çəkdi.

Nə gizlədim, bura gəlməyimdə Sabirin böyük rolu oldu”.

“Qəbələ” Mərakeş əsilli belçikalı Əyyub Allaşla ötən ay 1,5 illik müqavilə imzalayıb.

25 yaşlı əcnəbinin son klubu 2021-ci ildə keçdiyi Belçika təmsilçisi “Virton” olub. O, karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone”də (2020-2021) də forma geyinib.

Allaş Mərakeşin U-20 millisində çıxış edib. 2015-ci ildə yığmanın şərəfini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti