Klub prezidenti saytımıza açıqladı: "Finala çıxsaq..."

8 Mart 2023 16:00 Qəbələ 1 055
Klub prezidenti saytımıza açıqladı: "Finala çıxsaq..."

Azərbaycan Kubokunun 2022/2023 mövsümünün final matçının keçiriləcəyi stadion bir neçə gün əvvəl müəyyənləşdi.

Peşəkar Futbol Liqasının qərarına əsasən oyun “Bakcell Arena”da baş tutacaq.

Hazırda kubok yarışında yarımfinal mərhələsidir. Burada “Səbail” “Qəbələ” ilə “Neftçi” isə “Turan Tovuz”la finala yüksəlmək uğurunda mübarizə aparacaqlar.

Göründüyü kimi, “Neftçi” həlledici qarşılaşmanı doğma meydanda keçirə bilər.

Belədə məkan seçimini ədalətli saymaq olarmı?

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq bunları deyib:

“Biz hələ finala vəsiqəni təmin etməmişik. Hər şey davam edir. Əgər finala çıxa bilsək, məncə, problem olmayacaq.

Amma yaxşı olardı ki, püşatma daha əvvəl olsun. Amma indi bilmirəm hansı səbəbdən hazırkı mərhələdə məkanı açıqladılar.

Böyük ölçüdə elə çətinlik görmürəm. Elə mövsüm olub ki, “Qəbələ” finalı öz evində oynayıb.

Harada oynasaq da hər zamankı kimi öz oyunumuzu göstərəcəyik.

“Baksel Arena”da bir vaxtlar avrokubok oyunları keçirmişik. Bizə tanış məkandır.

İnşallah, finala çıxsaq hər hansı çətinlik görmürəm”.

Ölkə kubokunun həlledici qarşılaşması iyun ayının 3-də keçiriləcək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?