"Qəbələ": "Şəhid Şəhriyar Əlibəyli komandamızın azarkeşi idi"

7 Mart 2023 02:10 Qəbələ 340
"Qəbələ": "Şəhid Şəhriyar Əlibəyli komandamızın azarkeşi idi"

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

"Qəbələ" İdman Klubunun yaydığı açıqlamada bildirilir ki, şəhid Şəhriyar Əlibəyli komandanın azarkeşi olub.

Sportinfo.az xəbər verir ki, açıqlamada bildirilir:

"Şəhriyar Əlibəyli 25 oktyabr 1994-cü ildə Qəbələnin Vəndam qəsəbəsində anadan olub. Şəhriyar Əlibəyli komandamızın azarkeşi idi. Allahdan şəhidlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Başın sağ olsun, Vətən!".

Digər Xəbərlər
Xəbər Lenti