Qəbələnin icra başçısı komandaya kömək edəcək? - AÇIQLAMA

6 Mart 2023 23:40 Qəbələ 695
Qəbələnin icra başçısı komandaya kömək edəcək? - AÇIQLAMA

Azərbaycan Premyer Liqasının 25-ci turunun maraqlı qarşılaşmalarından biri Qəbələdə baş tutdu.

Burada "Qəbələ" lider "Qarabağ"ı qonaq etdi.

Gərgin mübarizə şəraitində keçən görüş ağdamlıların qəlbəsi ilə (1:3) başa çatdı.

Oyunu izləyənlər arasında Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin olması diqqətdən qaçmadı.

Skayboksda yer alan Səbuhi bəyi matçı "Qəbələ"nin prezidenti Fariz Nəcəfovla birgə izlədi.

Tərəflər final fitindən sonra da bir müddət səmimi söhbət etməsi ilə yadda qaldı.

Başçının şəhəri təmsil edən futbol komandasının oyununa gəlməsi alqışalayiq addımdır.

Maraqlıdır, bunun arxasında hər hansı əməkdaşlıq da dururmu? Yaxın gələcəkdə şəhər merinin klubun fəalliyətində hər hansı dəstəyi gözlənilirmi?

Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin bunları dedi:

“Səbuhi Abdullayev mütəmadi olaraq “Qəbələ”nin ev oyunlarına gəlir. “Qarabağ”la oyunda da növbəti dəfə arenaya təşrif buyurmuşdu. Tez-tez gördüyümüz mənzərədir. Xüsusi hal kimi dəyərləndirmək olmaz”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti