
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olub.
Şəhriyar "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
O, Qəbələnin Vəndam kəndində doğulub. Keçmiş idmançıdır. Rayonun eyniadlı klubuna üzv yazılıb.
Öncə futbola həvəs göstərib, ardınca meylini cüdoya salıb. "Qəbələ"nin bu növ üzrə komandasının heyətində müxtəlif ölkədaxili yarışlarda iştirak edib.
SPORTİNFO.AZ