Demir də, demir, çəkinir

6 Mart 2023 09:40 Qəbələ 416
Demir də, demir, çəkinir

Ülvi İsgəndərov yenə start heyətində yer almadı.

Elmar Baxşıyev mövsümün gedişində dörd qol vurmuş hücumçunu «ənənə»sinə sadiq qalaraq, növbəti dəfə ehtiyata çəkmişdi.

Əvvəlkitək braziliyalı trio - Rafael Utrix, Ramon Maçado və Filippe Santos ilk dəqiqələrdən meydanda idi.

Cənubi amerikalı üçlük bir neçə epizodda qola yaxın oldu, o qol isə gəlmədi. İsnik Alimi fərqləndi - şimali makedoniyalı beşinci qolunu «Qarabağ»a vurdu.

Baxşıyev hücum xətti barədə çox düşünür. Zəhmət olmasa, arada arxa zonanın da qayğısına qalsın. Ev oyununda penaltidən iki qol buraxmaq nə deməkdir axı.

Məqsəd İsayev birinci, Murad Musayev ikinci fraqmentdə səhv etdi. Heç lüzum da yox idi buna.

Baxşıyev demir də, demir. Demir ki, başınızı yuxarı qaldırb, əlinizi yanınıza salın, gözünüz və fikriniz topda olsun.

Bu «Qarabağ»ı udmaq əzab-əziyyət tələb elmir. Sıradan komandalar necə oynayırsa, «Qarabağ» onlardan qətiyyən fərqlənmir indi.

Heyəti düzgün qur, sadə oyna, diqqətli ol, yetər. Kimsə sənin yaxandan yapışıb demir ki, «Qarabağ»la mütləq öz «dil»ində danış.

«Qəbələ» dünənki «Qarabağ»ı bir müddət sonra günün günorta çağı, əlində çıraqla axtaracaq.

Gəlmişdilər də dünən elə.

Baxşıyev yenə kimlərəsə qulaq asdı, inandı, start «onbirliy»ini doğru müyyənləşdirmədi, 90 dəqiqənin tamamında da təəssüflənən özü oldu.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti