"Qarabağ"dan çəkinmədik"

5 Mart 2023 19:50 Qəbələ 605
"Qarabağ"dan çəkinmədik"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 25-ci turunda doğma meydanda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev sualları cavablandırıb:

- Bilirdik ki, ağır oyun olacaq "Qarabağ" çempionatın ən yaxşı komandalarındandır. Matça yaxşı başladıq. Ümumi olaraq komandanın çıxışından razı qaldım. Futbolçular "Qarabağ"dan çəkinmədilər. Dominant oyun göstərməyə çalışdıq. Rəqib təzyiq göstərdiyinə görə müəyyən boşluqlar verdik.

- Müdafiə futbolu oynasaydız, nəticə fərqli ola bilərdi?
- Top rəqibdə olanda müdafiə olunmalısan. Sadəcə komandadan daha öncə müdafiə olunmağı tələb edirik. Biz o komandalardan deyiliK ki, 90 dəqiqə müdafiəyə qapanaq, əks-hücumlara bel bağlayaq.

- Son nöqtəni qoymaqda çətinlik çəkirsiz. Bunun səbəbi nədir?
- O epizodları yaratmaq özü də, güc tələb edir. Hər matçda qol fürsətləri əldə edirik. Sadəcə olaraq, dəyərləndirməkdə çətinlik var. Gördüyümüz bizə inam verir. Komanda hücumda istədiyimizi verir.

- Ən çox legioneri olan komanda "Qəbələ"dir. Amma buna baxmayaraq turnir cədvəlində üst sıralarda deyilsiz. Legionerləriniz istədiyiniz səviyyədə deyil?
- Sizin işiniz statistikaya baxmaqdır. Bu gün 5 legioner, 6 azərbaycanlı oynayırdı. Mən milliyətə fikir vermirəm. 23 futbolçumuz var. Kim layiqdirsə, o da oynayır.

Digər Xəbərlər
Xəbər Lenti