"Qəbələ"nin "Semih Şentürk"ü Premyer Liqanın 3 klubunun hədəfində

4 Mart 2023 23:40 Qəbələ 865
"Qəbələ"nin "Semih Şentürk"ü Premyer Liqanın 3 klubunun hədəfində

«Qəbələ»nin hücumçusu Ülvi İsgəndərov Premyer Liqanın 3 klubunun maraq dairəsindədir.

«Qırmızı-qaralar»ın yetirməsi, böyük ehtimalla, mövsümün sonunda buranı tərk edəcək.

«Səbail», «Turan Tovuz» və «Zirə» onunla yaxından maraqlanır.

Ülvi «Qəbələ»nin ən diqqətçəkən ismidir. O, kritik məqamlarda vurduğu qollarla Elmar Baxşıyevin üzünü həmişə ağardıb.

Di gəl, baş məşqçi bu forvarda layiq olduğu münasibəti göstərmir, onu əksər matçlarda əsas heyətə daxil eləmir. Azərbaycanın «Semih Şentürk»ü kimi tanınan İsgəndərov yalnız son həftələrdə start «11-liy»inə düşməyə başlayıb.

Bu da onun mətbuata verdiyi açıqlamalarla bağlıdır. Ülvi dəfələrlə bildirib ki, vaxtının çoxunu ehtiyat skamyada keçirməsindən narazıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti