"Qarabağ" harada nə etmək lazım olduğunu yaxşı bilir"

3 Mart 2023 20:00 Qəbələ 457
"Qarabağ" harada nə etmək lazım olduğunu yaxşı bilir"

“Qəbələ”nin müdafiəçisi Murad Musayev Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu ilk öncə 25-ci tur qarşılaşacaqları “Qarabağ”la oyun haqqında fikirlərini bildirib:

"Qarabağ"la ağır oyun olacaq. Həm də maraqlı matç olacağını düşünürəm. Məqsədimiz yaxşı nəticə qazanmaqdır".

Qonaqlar bir neçə gün əvvəl Konfrans Liqasında mübarizəni başa vurdu. Ardınca Premyer Liqada “Neftçi” ilə oyunda xal itirdi (1:1).

Maraqlıdır, rəqibin heç də yaxşı görünməyən psixoloji durumu bölgə klubunun dadına çata bilərmi? Musayevi dinləyək:

"Qarabağ" böyük təcrübəyə malikdir və harda necə etmək lazım olduğunu yaxşı bilir. Düşünmürəm ki, indiki halda onlar psixoloji cəhətdən problemlər yaşasın.

İstənilən halda daha çox fikrimizi özümüzə cəmləmişik. Daha yaxşı formada meydanda olmaq istəyirik".

Əksər futbolçular Ağdam təmsilçisinə qarşı oynamağın başqa səviyyə olduğun dilə gətirir.

“Bəs, sənin üçün Qurban Qurbanovun komandasına qarşı oynamaq hansı hisslər yaradır” sualına 28 yaşı arxa xətt oyunçusu belə cavab verib:

"Qarabağ" başqa səviyyədir. Heyətində yaxşı futbolçular var. Hər zaman demişəm ki, bu komanda ilə oynamaq çətin olduğu kimi, həm də maraqlıdır.

Xüsusi hazırlaşdığımızı deməzdim, sadəcə bu komanda ilə oyunda daha çox diqqətli olmalısan".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!