"Qəbələ"nin hücumçusu üçün 100… Təklif deyil

26 Fevral 2023 19:20 Qəbələ 610
"Qəbələ"nin hücumçusu üçün 100… Təklif deyil

Ülvi İsgəndərov “Qəbələ”də 100-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçunun yubileyi Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.

O, “Səbail”lə səfər matçına start heyətində çıxıb. Ülvi 2:2 hesabı ilə başa çatan görüşdə 85 dəqiqə meydanda olub.

“Qırmızı-qara” formada 100 oyun keçirən forvardın hesabında 19 qol var. O, Premyer Liqada 86 (15 qol), kubokda 10 (4 qol), avrokuboklarda 4 dəfə meydana çıxıb.

İsgəndərov “Qəbələ”nin tarixinə 100 və daha çox oyunda iştirak edən 12-ci futbolçu kimi düşüb.

İsgəndərovun debütü 2017-ci noyabrın 29-da baş tutub. O, Azərbaycan kubokunun “Mil-Muğan”la görüşündə meydana çıxıb və qol hesabını da açıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı