Bir gün ağladırsansa, bir gün də özün ağlayacaqsan!

25 Fevral 2023 23:00 Qəbələ 680
Bir gün ağladırsansa, bir gün də özün ağlayacaqsan!

Tovuzdan 3 xalla qayıtmış «Zirə»yə nəfəsini hiss etdirmək «Qəbələ»nin yeganə istəyidir.

İstək yaxşı şeydir, gərək ona can atasan, sonadək əl çəkməyəsən.

«Qəbələ» ötən gün Bayılda qələbəyə münasibətdə yarımçıq həvəs göstərdi. Oyun gah getdi, gah qayıtdı.

Fasiləyə Ramon Maçadonun qoluyla üstün yollandılar. İkinci yarının əvvəlində isə artıq hesab kökündən dəyişmşdi. 2:1 «Səbail»in xeyrinə.

«Qəbələ» bu bölümdə yalnız bir hadisəylə diqqət mərkəzinə düşdü. «Səbail»in hesabı bərabərləşdirdiyi epizodda qayda pozuntusunun olmasını iddia etməklə.

Matiya Lyuyiçin fərqləndiyi fraqmentdən öncə topa əllə müdaxilə olunduğunu referiyə sübut eləmək eşqinə düşdülər.

Cavid Cəlilov qərarından dönmədi. «Qəbəlilər»in baş hakimə etirazını haqlı sayıram. Elmar Baxşıyevin oyundan sonra etdiyi paylaşımı isə qətiyyən.

Baş məşqçinin maraqlarına uyğun davranmasında qəbahət görməsəm də, ona çatdırmağı özümə borc sayıram ki. bu, kənardan heç də yaxşı görünmür.

Baxşıyev o vaxt obyektiv fərd olaraq qəbul edilər ki, narazılığını yalnız uduzduqları, heç-heçəyə imza atdıqları gün ictimailəşdirməsin.

Qazandıqları gün də səsini çıxarsın. Məsələn, Əliyar Ağayevin kobud səhvləri nəticəsində «Sumqayıt»ı udduqları qarşılaşmaya aid bir-iki etiraf etsəydi, üzüyünün qaşı düşməzdi.

Hakim xətasıyla qazananda yağ, uduzanda şor kimi gəlməməlidir nəticə ona. Sənə görə başqasını ağladan varsa, başqasının da səni ağladacaq adamı var.

Dünən də həmin adam Cavid Cəlilov idi.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA